Pivənin tarixi ilə bağlı bunları bilirdinizmi?

  • Müəllif: Orxan
  • 14 Yanvar 2026 11:45

Spirtli içkilər arasında bütün dünyada ən çox istifadə olunan bir içki də pivədir.

Müxtəlif ölkələr var ki, onlar başqa ölkələrə nisbətdə pivəni daha çox içirlər.

Hətta tarixi ilə bağlı düşünəndə ağıla ilk olaraq almanlar gəlir.

Ancaq həqiqətdə necədir?

Pivə doğrudanmı almanlara məxsusdur?

Gununsesi.info bu barədə az bilinən məlumatları araşdıraraq paylaşır.

Ümumiyyətlə, pivənin tarixi ona görə almanlara bağlı deyil ki, Almaniya orta əsrlərdə ortaya çıxmış dövlətdir.

Belə olduğu halda, pivənin orta əsrlərdə olduğunu demək doğru olmaz.

Bu mənada, pivənin tarixi daha qədimə, ilkin əkinçilərə gedib çıxır.

İlkin əkinçilik harada başlayıbsa, pivənin də ilkin tarixi həmin zamanla bağlıdır.

İlk pivələrin 13 min əvvəl hazırlandığını demək mümkündür.

İordaniya, Suriyada köçəri xalqlar olub ki, onların da ilkin əkinçilik vərdişləri olub.

Daha sonra Çin, Mesopatomiyada da pivədən istifadə olunub.

Hətta Misirdə Fironlar işlətdikləri kölələrə maaş olaraq pivə də verirdilər.

Maqsud

Gununsesi.info