Polis əməkdaşı Füzulidə minaya düşdü

  • By admin
  • 26 İyun 2022 23:26

İyunun 26-sı saat 21.00 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İlham Salmanov xidmətdən kənar vaxtda Füzuli rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Gununsesi.info Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən xəbər verir ki, 1989-cu il təvəllüdlü İlham Salmanov xəstəxanaya yerləşdirilib və hazırda onun vəziyyəti qənaətbəxşdir.
Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

Mayis

Gununsesi.info