Prezident Milanoviç: “Krım əsla Ukraynanın olmayacaq”

  • By admin
  • 01 Fevral 2023 19:42

Xorvatiyanın Prezidenti Zoran Milanoviç Ukraynadakı savaşla bağlı düşüncələrini açıqlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Xorvatiya lideri ölkəsinin Kiyevə yardım edilməsinə qarşı olduğunu söyləyərək Ukraynanın yenidən Krıma sahib ola bilməyəcəyini bildirib.

Qərbin Ukrayna siyasətini qınayan Milanoviç Şengen bölgəsinin ən yeni üzvü olan ölkəsinin buna qarşı olduğunu vurğulayıb.

Xorvatiya Prezidenti bunu “ikili standart” adlandıraraq, NATO ölkələrinin Kosovanı qorumaq üçün 1998-ci ildə Yuqoslaviyaya əsgəri hərəkatını xatırladaraq bundan sonra Bosniyanın müstəqilliyini elan etdiyini bildirib.

 

Gununsesi.info