Rus şairi Aleksandr Puşkinin nəticəsi Vyaçeslav Qutsko 88 yaşında vəfat edib.
Gununsesi.info xəbər verir ki, bu barədə RİA Novosti Puşkin Dövlət Muzeyinə istinadən məlumat yayıb.
“Aleksandr Sergeyeviç Puşkinin nəticəsi Vyaçeslav Aleksandroviç Qutsko vəfat edib”, – deyə bəyanatda bildirilir.
Qutsko Puşkin ailələrinin beşinci nəslinin üzvüdür. O, 50 ildən çox nəqliyyat və kimya mühəndisliyi üzrə dizayn bürosunda çalışmış və Puşkin Muzeyinin uzun müddətli dostu olmuşdur.
Puşkin Dövlət Təsviri İncəsənət Muzeyi Vyaçeslav Qutskonun ailəsinə və dostlarına dərin hüznlə başsağlığı verib.












