“Putin Ermənistana Qarabağla bağlı açıq mesaj verdi” - Erməni politoloq

  • By admin
  • 28 Oktyabr 2022 12:02

Vladimir Putin Ermənistana açıq şəkildə bildirdi ki, Rusiya Qarabağın statusu ilə bağlı bəzi hərəkətlərə hazırdır.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə ermənmi politoloq Vigen Akopyan Rusiya prezidenti Vladimir Putinin “Valday” klubunda Qarabağla bağlı açıqlamalarını şərh edərkən deyib.

Akopyanın sözlərinə görə, Putin göstərməyə çalışıb ki, əgər erməni xalqı və onun rəhbərliyi Qarabağın suverenliyindən imtina edən sənədi imzalamaq istəyirsə, bu, Ermənistan hakimiyyətinin və xalqının güzəşti olacaq, çünki xalq bu hakimiyyəti seçib. Əgər xalq buna razı deyilsə, o zaman öz sözünü deməlidir, Rusiya xalqın və onun rəhbərliyinin dəstəklədiyini dəstəkləməyə çalışacaq.

“Əgər Qarabağın statusu məsələsi Ermənistan xalqı və hakimiyyəti üçün vacibdirsə, o zaman Rusiya bu məsələdə hansısa addımlara hazırdır, çətin olsa da, Azərbaycana hansısa təsir olmadan bu, ola bilməz. Amma əgər erməni tərəfinin “Vaşinqton sənədi”ndən imtina etmək istəyi varsa, o zaman Rusiya dəstəyə hazırdır”, – Akopyan belə hesab edir.

“Mənim təəssüratlarıma görə, Soçidə gözlənilən görüş çətin ki, məsələlər aydınlıq gətirsin, çünki iki-üç gün ərzində danışıqlara yanaşmaları dəyişmək çətindir. Ona görə də deklarativ bəyanatlar verilə bilər”, – Akopyan bildirib.

“Valday” klubunun iclasında çıxış edən Rusiya prezidenti bildirib ki, sülh müqaviləsinin “Vaşinqton variant”nda Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınması nəzərdə tutulur. Eyni zamanda, Moskva Ermənistana heç nə diktə edə bilməz və etməyəcək. Putin qeyd edib ki, Ermənistan Rusiyanın strateji tərəfdaşı və müttəfiqidir və Moskva “Azərbaycanın maraqlarını nəzərə alaraq” Ermənistanın özünün nə təklif edəcəyinə diqqət yetirəcək.

Gununsesi.info