Putin ilk dəfə Donbasda: Rusiya prezidenti Mariupola səfər edib - VİDEO

  • By admin
  • 19 Mart 2023 11:12

Rusiya Prezidenti Vladimir Putin Mariupola səfər edib. Bu, onun Donbasa ilk səfəridir.

Gununsesi.info bildirir ki, “Rossiya-24” telekanalı ölkə başçısının Mariupola səfərindən video yayımlayıb.

Kadrlarda o, baş nazirin müavini Xusnullinlə maşında gəzir. Dövlət rəsmisi Putinə şəhərdə aparılan tikinti və bərpa işlərinin gedişi barədə məlumat verib.

Bildirilib ki, Putin helikopterlə şəhərə uçub və avtomobillə bir neçə rayonu gəzib, bir sıra obyektlərə baxış keçirib, yerli sakinlərlə söhbət edib.

Kremlin mətbuat xidməti xəbər verir ki, o, ailələrdən birinin dəvəti ilə onların evinə gedib.

Gununsesi.info