“Qarabağ” İsraildə belə qarşılandı

  • By admin
  • 21 Oktyabr 2020 20:39

Avropa Liqasının qrup mərhələsində İsraildə “Makkabi” ilə qarşılaşacaq “Qarabağ” artıq Təl-Əvivdədir.

Gununsesi.info xəbər verir ki, Ağdam klubu sözügedən şəhərdə “Karabakh is Azerbaijan” şüarı ilə qarşılanıb.

Belə ki, təmsilçimizin məskunlaşdığı otelin qarşısında məhz bu pankart asılıb.

Qeyd edək ki, sabah keçiriləcək “Makkabi” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

 

Gununsesi.info