“Qarabağ” Qara Qarayevin ayrıldığını açıqladı

  • Müəllif: admin
  • 24 İyul 2023 13:54

“Qarabağ” vitse-kapitanı Qara Qarayevlə yollarını rəsmən ayırıb.

Gununsesi.info xəbər verir ki, Ağdam klubu bunu sosial şəbəkə vasitəsilə paylaşıb.

31 yaşlı yarımmüdafiəçi yeni mövsümdən doğma komandasının formasını geyinməyəcək.

Onun tezliklə “Neftçi” ilə müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, “Qarabağ”ın yetirməsi olan Qara Qarayev 2008-ci ildən bəri əsas komandanın formasını geyinib.

Gununsesi.info