Xalq artisti Faiq Ağayev qarajını satışa çıxarıb.
Gununsesi.info bildirir ki, müğənni bu haqda lent.az-a müsahibəsində deyib. O bildirib ki, maddi sıxıntı yaşadığı üçün bu addımı atıb:
“11 aydır işləmirik. Artıq qarajımı satışa qoymuşam. İstəyirəm ki, xərclərimin bir hissəsini o pulla bağlayım. Çox çətindir. Bu da elə mövzudur ki, adam irad bildirməyə də çətinlik çəkir. Çünki problem tək Azərbaycanda deyil. Bütün dünyada pandemiya ilə əlaqədar işsizlikdir”.
Gununsesi.info