Qazaxıstan ilk meteoroloji raketi sınaqdan keçirəcək

  • By Günel
  • 17 Avqust 2025 11:27

Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyi bu il respublikanın ilk meteoroloji raketinin uçuş sınaqlarını keçirəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS-a idarənin mətbuat xidmətindən məlumat verilib.

“Hazırda Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyinin Aerokosmik Komitəsinin tabeliyində olan təşkilatlar meteoroloji raketin prototipinin yaradılması üzrə tədqiqat-konstruktor işləri aparır. Uçuş sınaqları 2025-ci ilə planlaşdırılır”, – mətbuat xidmətindən bildirilib.

Gununsesi.info