“Qazprom” fransızları qazsız qoydu

  • By admin
  • 31 Avqust 2022 09:19

Rusiyanın “Qazprom” şirkəti Fransanın ən böyük təchizatçısı olan “Engie”yə qaz tədarükünü dayandırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Qazprom” un məlumatında deyilir .

Rusiya Federasiyası rəsmiləri isə şirkətin iyul ayı tədarüklərini tam ödəmədiyini bildiriblər.

“Qazprom”un məlumatına görə, avqustun 30-da iş gününün sonuna kimi “Engie”dən tələb olunan məbləği tam ala bilməyiblər. Sentyabrın 1-dən pul daxil olana qədər şirkət qaz verməyəcək.

“Qazprom” öz qərarını Rusiya prezidenti Vladimir Putinin 31 mart 2022-ci il tarixli fərmanı ilə izah edir ki, bu da müqavilə müddətində tam ödəniş etmədən xarici alıcıya qazın verilməsini qadağan edir.

Gununsesi.info