Qırğızıstan-Tacikistan sərhədində yenidən atışma başladı

  • By admin
  • 30 Aprel 2021 12:07

Qırğızıstanla Tacikistan sərhədində atışma yenidən başlayıb.

Gununsesi.info xəbər verirki, bunu Qırğızıstanın Batken vilayətinin Daxili İşlər İdarəsi bildirib.

Atışma bir saata yaxın davam edib.

Xatırladaq ki, ötən gün Qırğızıstan və Tacikistan hərbi birləşmələri arasında altı saata yaxın atışma olub. İnsident nəticəsində hər iki tərəfdən ümumilikdə 20 nəfər həlak olub, 150-dən çox şəxs yaralanıb.