Qırğızıstanın sabiq prezidenti azadlığa çıxdı, “Terminator”dan sitat gətirdi YENİLƏNİB + VİDEO

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin azadlığa çıxmasını əks etdirən görüntülər yayılıb.

Atambayev deyib ki, müalicə üçün uçub getməlidir, ancaq qayıdacaq.

“Həmişəki kimi, qayıdacağam, “I’ll be back”, – deyə A.Atambayev “Terminator” filmindən məşhur sitatı təkrarlayıb.

12:40

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev həbsdən azad olunub.

Məlumatı siyasətçinin ailə üzvləri də təsdiq ediblər.

Qeyd edək ki, A.Atambayev ötən ilin yayında korrupsiya işi üzrə əmlakı müsadirə olunmaqla 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Mənbə: TASS, Sputnik Qırğızıstan