Qızıl sahiblərinə pis xəbər

  • Müəllif: Orxan
  • 06 İyun 2026 09:47

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

Gununsesi.info-nun birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 3,1% azalaraq 4,365.3 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiyməti də 6,58% azalaraq 69.1 ABŞ dolları təşkil edib.

Gununsesi.info