Qızıl və gümüş bahalaşdı

  • Müəllif: Firuzə
  • 02 Mart 2026 09:09

Nyu-York birjasında qızıl və gümüşün dəyəri artıb.

Gununsesi.info xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 2.27% artaraq 5367 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.86% bahalaşaraq 94.09 ABŞ dolları təşkil edib.

Gununsesi.info