Qurban Məmmədovun evi boşaldılır - FOTOLAR

  • By admin
  • 05 Sentyabr 2020 17:55

Bir müddətdir xaricə sığınan, Azərbaycan hökumətini sərt tənqid və şantaj edən Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və keçmiş şöbə müdiri Əli Həsənovun diktəsiylə verilən Nərimanov rayonu ərazisindəki 5 mərtəbəli evi boşaldılır.

Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hazırda rayonun Murtuza Nağıyev 4-6 ünvanında yerləşən obyektdə Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə əşyalar çıxarılıb məhəllədəki sığınaqa yerləşdirilir.

Obyektin 1-ci mərtəbəsində yerləşən “Wellmax” şirkətinə məxsus avadanlıqlar və digər mərtəbələrdəki əşyalar da çıxarılıb.

Ərazidə təhlükəsizliyi təmin etmək üçün polis əməkdaşları cəlb olunub.




Gununsesi.info