Ramazan ayı zamanı müsəlmanların Məscidül-Əqsaya girişi məhdudlaşdırılacaq

  • By admin
  • 19 Fevral 2024 11:40

İsrailin baş naziri Benyamin Netanyahu ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin Ramazan ayı zamanı müsəlmanların Məscidül-Əqsaya girişini məhdudlaşdırmaq barədə tövsiyələrini qəbul edib.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin “Kanal 13” telekanalı məlumat yayıb.

Məlumata görə, baş nazir Şin Bet (Şabak) daxili təhlükəsizlik agentliyinin bu qərarın fələstinlilərlə İsrail polisi arasında toqquşmalara səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıqlarına məhəl qoymayıb.

Yaxın günlərdə bu məsələ ilə bağlı yekun qərarın veriləcəyi gözlənilir.

Oktyabrın 7-də İsrailin Qəzza zolağına təcavüzü başlayandan bəri İsrail təhlükəsizlik qüvvələri on minlərlə ibadətçinin Məscidül-Əqsaya daxil olmasını qadağan edən ciddi məhdudiyyətlər qoyub.

Gununsesi.info