Rus ordusu Kiyevdəki ən böyük stansiyanı vurdu

  • Müəllif: Firuzə
  • 08 Sentyabr 2025 11:28

Rusiya ordusu Kiyev vilayətindəki elektrik stansiyasına zərbələr endirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, Kiyev vilayətindəki Tripolski İES PUA hücumuna məruz qalıb.

Bildirilib ki, İES ərazisində azı 10 partlayış eşidilib.

Qeyd edək ki, Tripolski İES Kiyev vilayətindəki ən güclü stansiyadır. Kiyev regionunun elektrik enerjisi tələbatının 57 faizi bu stansiya vasitəsilə ödənilir.

 

Gununsesi.info