Rusiyada ilk olaraq tibb işçiləri və təqaüdçülər peyvənd olunacaq

  • By admin
  • 07 Avqust 2020 15:11

Rusiyanın Səhiyyə nazirinin müavini Oleq Qridnev ölkədə ilk növbədə kimlərin koronavirus peyvəndi olunacağını deyib.

Gununsesi.info xəbər verir ki, Qridnev ilk olaraq tibb işçilərinin və təqaüdçülərin peyvənd olunacağını bildirib.

Vaksinasiya prosesi üçün qeydiyyat avqustun 12-də başlayacaq. Hazırda son yoxlanma mərhələsi davam edir.

Nazir müavini qeyd edib ki, əvvəlcə peyvəndin təhlükəsizliyinə əminlik olmalıdır. Eyni zamanda, peyvəndin effektivliyini əhali arasında immunitet yarandıqdan sonra qiymətləndirmək mümkün olacaq.

 

 

Gununsesi.info