Rusiyanın İvanovo vilayətində qəzaya uğrayan “An-22” təyyarəsindəki bütün heyət üzvləri həlak olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Qeyd edək ki, İvanovo vilayətinin Furmanov rayonunda “An-22” təyyarəsi qəzaya uğrayıb.
Məlumata görə, təyyarənin göyərtəsində yeddi ekipaj üzvü olub.
İlkin məlumata görə, təyyarə Rusiya Müdafiə Nazirliyinə məxsusdur.












