Rusiyada Trampın şərəfinə spirtli içki İSTEHSAL EDİLƏCƏK

  • By Ayshan
  • 15 Dekabr 2025 23:23

Rusiyada yerli istehsal olunan arağı Donald Trampın şərəfinə adlandırmaq qərarına gəliblər.

Gununsesi.info xəbər verir ki, Kaluqa likör-araq zavodu olan “Kristall” Amerika prezidentinin adı ilə araq buraxmağı planlaşdırır. Bu barədə kontragentlərin yoxlanılması üzrə Rusprofile xidmətinə istinadən məlumat verilir.

Müəssisə “Tramp” brendinin qeydiyyatı üçün müraciət edib. Bu brend altında araq, brendi, likörlər, şərablar, rom, pivə və digər spirtli, həmçinin alkoqolsuz içkilər istehsal etmək mümkün olacaq.

Gununsesi.info