Rusiyalıdan qəribə etiraz: Təyyarədən düşərək uçuş-enmə zolağında soyundu - VİDEO

  • By admin
  • 20 Fevral 2023 09:03

Moskva-Kazan reysinin sərnişini Domodedovo hava limanında qarışıqlıq yaradıb.

Gununsesi.info xəbər verir ki, o, əvvəlcə təyyarənin göyərtəsində dava salıb, daha sonra uçuş-enmə zolağına çıxaraq qurşağadək soyunub.

Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə kişi salonda yüksək səslə qışqırmağa və söyüş söyməyə başlayıb ki, bu da sərnişinləri qıcıqlandırıb. Stüardessaların təkrar-təkrar iradlarından sonra o, qəfildən təyyarədən düşərək uçuş-enmə zolağında hava limanının işçilərini söyüb, sonra isə paltarını çıxarıb.

Məlumatı görə, nəticədə təyyarə onsuzz havaya qalxıb. Davakarın özü isə polis tərəfindən saxlanılıb.

Gununsesi.info