Ruslar “həmişəlik gəlmişik” dedilər – KİYEVDƏN CAVAB

  • By admin
  • 07 May 2022 22:44

Xerson vilayətini azad etmək üçün nə qədər lazımdırsa, o qədər də rus əsgəri məhv ediləcək.

Gununsesi.info xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

O bildirib ki, heç bir halda “Xerson xalq respublikası” olmayacaq:

“Xerson vilayəti tam şəkildə və maksimum sərt tədbirlərlə azad ediləcək. “Rus işğalı” söz birləşməsinin aradan qalxması üçün nə qədər lazımdırsa, o qədər rus əsgəri öldürüləcək. Bu, dəqiq olacaq”, – Podolyak bildirib.

Qeyd edək ki, Rusiya Xersona “həmişəlik gəldiyini” elan edib və burada referendum keçirməyə, “Xerson xalq respublikası” adlı qondarma qurum yaratmağa çalışır.

Gununsesi.info