
İngiltərənin “Mançester Yunayted” komandası Çempionlar Liqasının 2022/23 mövsümünə vəsiqə qazanmaq şansını itirib.
Gununsesi.info xəbər verir ki, Premyer Liqa matçında səfərdə “Brayton”a 4:0 hesabı ilə uduzan MY ilk 4-lükdən kənarda qalıb.
“Mançester Yunayted” 37 oyundan sonra 58 xal toplayıb və İngiltərə çempionatının turnir cədvəlində altıncıdır. Dördüncü pillədə qərarlaşan “Arsenal”ın 34 oyundan sonra 63 xalı var.
Gununsesi.info