Rüstəm Muradov vəzifədən gedir?

  • By admin
  • 15 May 2021 17:33

General-leytenant Rüstəm Muradov daha altı ay sülhməramlı qüvvələrin komandanı olaraq vəzifəsinə davam edəcək.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Qeyd edək ki, bir müddət öncə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradovun vəzifəsindən kənarlaşdırılması barədə erməni mətbuatında xəbərlər dərc olunmuşdu. Yayılan xəbərlərə görə, R.Muradovun yerinə Cənub Hərbi Dairə komandanının müavini, general-leytenant Aleksey Avdeyevin təyin olunacağı bildirilmişdi.

Gununsesi.info