Şəhid Xudayarı təhqir edən gəncin döyülməsi ilə bağlı DİN-dən AÇIQLAMA

  • By admin
  • 29 Aprel 2021 10:06

Daxili İşlər Nazirliyi (DİN) feysbukda şəhid Xudayar Yusifzadə haqqında təhqiramiz sözlər yazan Fuad Rəsulzadənin döyülməsi ilə bağlı araşdırmalar aparldığını bildirib.

Gununsesi.info xəbər verir ki, nazirlikdən veriln məlumata görə, görüntüləri yayılan məlum insidentlə bağlı aidiyyəti üzrə addımlar atılır.

Qeyd edək ki, ötən gün axşam saatlarında sosial şəbəkə istifadəçisi F.Rəsulzadənin döyülməsini əks etdirən görüntülər yayılıb. Bir qrup şəxs Fuad Rəsulzadəni yerə yıxaraq təpikləyib və onun ünvanına söyüşlər səsləndiriblər.

F.Rəsulzadənin döyülməsinə səbəb kimi bir müddət əvvəl onun şəhid Xudayar Yusifzadə ilə bağlı sosial şəbəkədə etdiyi paylaşım göstərilir. Həmin paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi etirazla qarşılanıb.