Şəhid Zeynalov Turqut Fikrət oğlunun anım mərasimi keçirilib

2 ci vətən müharibəsinin ilk şəhidi Zeynalov Turqut Fikrət oğlunun doğum günü idi. Şəhidin məzarı ziyarət edildi.

ədbirin davamı olaraq , 44 günlük müharibədə şəhid olmuş 486 nəfərin son mənzilə, şəriət qaydalarına uyğun olaraq hazırlanıb yola salındığı məkanda salınmış parkın açılış mərasimi oldu. Sonra şəhidin xatirəsinə çay ehsanı verildi.

Bu işlərin görülməsində xidməti olan 75 nəfərə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri ,Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri polkovnik leytinant M.Mehdiyevin imzası ilə hazırlanmış fəxri fərmanlar verilmişdir. Fəxri fərmanla təltif edilənlər M. Mehdiyevə öz təşəkkürlərini bildirdilər. Fərmanları tədbirdə iştirak edən Şəhid generalımız Polad Həşimovun anası Səmayə xanım, tədbirdə iştirak edən şəhid anaları və İctimai birliyin Bərdə rayon filialının rəhbəri Etibar xanım təqdim etmişdir.

Həlimə Əliyeva