
Saatlı rayonunda mağaza yanıb.
Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, rayonun Sarıcalar kəndində ümumi sahəsi 100 m² olan mağazanın yanar konstruksiyaları və içərisində ərzaq malları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info