VHP sədri Sabir Rüstəmxanlı biznesmen oğlu Cəmil Rüstəmxanlını doğum günü münasibətilə təbrik edib.
Gununsesi.info partiya sədrinin sosial şəbəkə hesabında paylaşdığı qeydi təqdim edir:
Bu gün oğlum Cəmilin doğum günüdür. Hələ gəncdir. Amma bu yaşında ünsiyyətdə olduğu adamlar arasında böyük hörmət qazanıb. Yüksək insani keyfiyyətləri, ağlı, tərbiyəsi, qayğıkeşliyi, mərhəmətli ürəyi ilə o, ailəmizin və çevrəsinin sevimlisidir. Əzizim Cəmil, səni ürəkdən təbrik edir, sənə can sağlığı, Mələyinlə, Uğurunla birgə uzun və xoşbəxt ömür arzulayıram.










