Sabirabadda səkkiz yaşlı uşağın meyiti tapıldı

  • By admin
  • 28 Mart 2023 21:59

Sabirabadda 8 yaşlı uşağın meyiti tapılıb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Məmişlər kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2015-ci il təvəllüdlü Cəfərov Siyasət Əlisəfa oğlunun meyiti yol kənarında aşkar edilib. Azyaşlının naməlum avtomobil tərəfindən vurulduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info