Savaşın başlanğıcından bəri bir ilk: Zelenski Vatikanda Papa ilə görüşdü / FOTOLAR

  • By admin
  • 13 May 2023 22:32
Prezident Volodimir Zelenski Rusiya-Ukrayna savaşının başlanğıcından bəri bir ilkə imza atıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Vatikana səfər edən Zelenski Roma Papası ilə görüşüb.
Rəsmi səfəri zamanı Zelenski üçün xüsusi qarşılanma mərasimi keçirilib.
Vatikandakı görüşü zamanı Papa Frensis vasitəçilik etmək üçün hazır olduğunu söyləyib. Ukrayna-Rusiya savaşının danışıldığı dialoqda Roma Papası bunları deyib:
“Vatikan savaşı bitirmək üçün bir barışıq planı üzərində çalışır. Bunu hazırda ictimaiyyətə açıqlamadıq. Açıqlandıqda, bunun haqqında məlumat verəcəm”.
Görüşdən sonra Papa Frensis Zelenski ilə dialoqu barədə paylaşım edən din adamı milyonlarla Ukrayna vətəndaşının yaşadığı faciədən söz açıb.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyaya səfəri zamanı bu ölkənin Baş naziri Giorgia Meloni və İtaliya Prezidenti Sergio Mattarella ilə də görüş keçirib.

    

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info