Şəmkir Maşın-Kanal 2-ci pillə nasos stansiyasında baş verən qəza ilə bağlı rəsmi açıqlama

  • Müəllif: Firuzə
  • 29 Avqust 2025 12:02

Şəmkir Maşın-Kanal 2-ci pillə nasos stansiyasının 2-ci kilometrində hidro təzyiq nəticəsində metalın aşınması boruda qəzaya səbəb olub. Qəzanın baş verdiyi andan etibarən Şəmkir Maşın-Kanalının İstismarı İdarəsi tərəfindən dərhal tədbirlər görülüb və qəza aradan qaldırılıb. Hazırda borunun təmiri və bərpası istiqamətində işlər davam etdirilir.

Gununsesi.info xəbər verir ki, boru vasitəsilə ötürülən su suvarma məqsədilə istifadə olunur və qəza nəticəsində nə əkin sahələrinə, nə də mülki şəxslərə hər hansı zərər dəyməyib. Ətrafa axan su nasos stansiyanın suqəbuledici qurğusuna istiqamətlənib.

 

Gununsesi.info