Sevgilisi Ronalduya “Rolls Royce” hədiyyə etdi - FOTO

  • By admin
  • 26 Dekabr 2022 21:49

Kriştianu Ronaldunun model sevgilisi Corcina Rodrigez Milad bayramı münasibətilə futbolçuya yeni “Rolls Royce” hədiyyə edib.

Gununsesi.info xəbər verir ki, Portuqaliyalı oyunçu bu barədə “Instagram” hesabında bildirib.

O “Hekayə” bölməsində böyük qırmızı lentlə bağlanmış avtomobilin fotosunu yerləşdirib və “Təşəkkür edirəm, sevgim” sözlərini yazıb.

Sözügedən avtomobil modelinin qiyməti 460 min dollardan başlayır.

Corcina və Ronaldo 2016-cı ildən biryerdədirlər. Rodriges 2017-ci ilin payızında Ronaldunun qızı Alananı dünyaya gətirib. 18 aprel 2022-ci ildə Rodrigezin bir oğlan və bir qız əkiz dünyaya gətirdiyi, ancaq oğlanın sağ qalmadığı məlumdur.