Sevil Nuriyeva Ərdoğanla görüşdü

  • By admin
  • 22 Oktyabr 2020 19:36

Türkiyədə yaşayan Azərbaycanın tanınmış jurnalisti Sevil Nuriyeva bu gün qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə həmyerlimiz özünün sosial şəbəkə hesabında yazıb.

Sevil Nuriyevanın sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanla görüşdə onu Türkiyədə yaşayan Azərbaycan əsilli professor Aygün Attar müşahidə edib.

“Hər zaman mazlumun yanında olan sayın Cumhurbaşkanımıza Qarabağ məsələsində göstərdiyi dəstəyə görə təşəkkürümüzü bildirdik. Öz növbəsində Ərdoğan isə Türkiyənin Azərbaycanla qardaş olduğunu xatırlatdı və hər zaman Azərbaycana dəstək olacaqlarını dedi. Onun bu sözləri məni çox duyğulandırdı, bildirdi ki hər gün namazında Qarabağ və Kıbrıs üçün dua edir.”

 

 

Gununsesi.info