
Kim Çen Inın rəhbərlik etdiyi Şimali Koreya hökuməti Amerika nüvə sualtı qayığının Cənubi Koreya limanına yanaşmasından sonra ABŞ-ni onun milli təhlükəsizliyinə ciddi təhdid yaratmaqda ittiham edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya “təxribatçıları cəzalandırmaq üçün qanuni hüququndan çəkinmədən istifadə edəcəyini” bildirib.
Kim Çen In tərəfindən idarə olunan Şimali Koreyanın dövlət xəbər agentliyi KCNA ölkənin Müdafiə Nazirliyinin ABŞ-ı onun milli təhlükəsizliyinə ciddi təhdid yaratmaqda ittiham etdiyini bildirib.
Bəyanatda ABŞ-ın nüvə sualtı qayığının Koreya yarımadasında olmasının “ABŞ-ın sarsılmaz münaqişə isterikasının bariz ifadəsi” olduğu vurğulanıb və əlavə edilib: “ABŞ-ın Koreya yarımadası ətrafındakı bölgədə kəskin hərbi münaqişəni faktiki silahlı qüvvələr toqquşmasına çevirə biləcək təhlükəli düşmən hərbi hərəkətindən ciddi şəkildə narahatıq”.
Orxan Saffari