Tramp HƏMAS-a israilli girovlar üçün ultimatium qoydu

ABŞ Prezidenti Donald Tramp xəbərdarlıq edib ki, əgər 15 fevral, günorta saatlarına qədər HƏMAS bütün israilliləri azad etməsə, Qəzza zolağında “cəhənnəm” olacaq.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Tramp HƏMAS-a bütün girovları dərhal azad etməyi tapşırıb və terrorçuları “iki, bir, üç, dörd, iki yox, hamısı bir anda” buraxmağa çağırıb.

Tramp həmçinin İsrailə, HƏMAS-ın şərtləri yerinə yetirməməsi halında atəşkəsi dayandırmağa təklif edib: “Biz hamısını geri istərik. Mən yalnız özüm üçün danışıram. İsrail öz yolu ilə gedə bilər”.

Bir gün əvvəl, HƏMAS, İsrailin atəşkəs müqaviləsini pozduğunu iddia edərək israilli girovları azad etməyi dayandırdığını elan edib. HƏMAS-ın sözlərinə görə, İsrailin şərtləri pozması, xüsusilə humanitar yardımların çatdırılmasına mane olması, bunu etməyə səbəb olub.

Buna cavab olaraq, İsrail Müdafiə naziri İsraəl Kets, orduya Qəzza zolağında döyüşlərin yenidən başlamasına hazırlıq verməyi əmr edib.

Xatırladaq ki, 86 yaşlı israilli girov Şlomo Mantsurun öldüyü təsdiqlənib.

HƏMAS-ın 7 oktyabrda İsrailə etdiyi hücum zamanı öldürülən Mantsurun cəsədi hələ də Qəzza zolağında saxlanılır.

Qeyd edək ki, İsrail və HƏMAS arasında atəşkəs 19 yanvar tarixində qüvvəyə minib və 42 gün ərzində HƏMAS 33 israilli girovu azad etməyi, İsrail isə 1900-dən çox fələstinli məhbusu buraxmağı öhdəsinə götürüb.

Günay

Gununsesi.info