SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı

  • By admin
  • 05 May 2021 16:49

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1080 yeni yoluxma faktı qeydə alınıb, 2074 nəfər müalicə olunaraq sağalıb.

Gununsesi.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 323 841 nəfər koronavirusa yoluxub. Onlardan 298 949 nəfər müalicə olunaraq sağalıb, 4617 nəfər vəfat edib, aktiv xəstə sayı 20 275 nəfərdir.

Azərbaycanda son gün ərzində 10 701, hazırkı dövrədək isə 3 289 864 test aparılıb.