Aktrisa Sonaxanım Əliyeva “Tarixin bir günü” verilişində qardaşı tərəfindən yaşadığı xəyanətdən danışıb.
Gununsesi.info bildirir ki, aktrisa danışarkən göz yaşlarını saxlaya bilməyib.
“Qardaşımın mənə etdiklərinə baxmayaraq, onu ürəkdən bağışlamışdım. Düşünürdüm ki, insanıq, bəlkə o an səhv edib, emosional qərar verib. Axı qardaşdır, nə qədər olsa da, mənə qəsdən pislik etməz deyə inanmışdım. Amma sonra üstümə ləkə atdı, məni məhkəməyə verdi. Ləyaqətsiz irs davası apardı. Halbuki illər boyu anamın qayğısına mən qalmışdım. Məni tanıyan hər kəs bunu təsdiqləyə bilər.
Ailə qurduqdan sonra belə anam mənimlə yaşayırdı. Onlar evi öz adlarına keçirdilər, mən isə dünya malıdır deyə nə mübahisə etdim, nə də məhkəmələrə getdim. Anam vəfat edəndə isə bunu mənə demədilər. Başqa insanların “Allah rəhmət eləsin” sözündən xəbər tutdum. Həyatımın ən böyük sarsıntılarından birini yaşadım. Sonra mənə dedilər ki, barışın, mehriban olun. Yenə də kiçik bacı kimi böyüklük etdim, bağışladım. Amma bir neçə aydan sonra yenidən məni məhkəməyə verdilər. Deyirlər, əgər bir insanın canında xəyanət varsa, o yenə də edər. Mən onları bağışlamaqla sanki öz əlimlə onlara bıçaq verdim ki, növbəti zərbəni də mənə vursunlar”.
Şəbnəm











