Bakı-Tbilisi qatar reysinin bərpasından sonra təyyarə biletlərinin qiymətləri ilə bağlı sosial şəbəkələrdə geniş müzakirələr başlayıb.
Gununsesi.info xəbər verir ki, sosial şəbəkə istifadəçilərin paylaşdıqları məlumata görə, xüsusilə Bakı–İstanbul istiqamətində təyyarə biletlərinin qiymətləri yüksək olaraq qalır.
Vətəndaşlar qeyd edirlər ki, göstərilən qiymətlər yalnız bir istiqamət üçün nəzərdə tutulub və dönüş bileti əlavə xərc tələb edir.
Sosial şəbəkələrdə səsləndirilən fikirlərə görə, Bakı–Tbilisi qatarının açılması hava nəqliyyatı bazarında qiymətlərin ucuzlaşacağına dair gözləntilər yaratsa da, hələlik bunun əksi müşahidə olunmur. Bəzi istifadəçilər AZAL-ın yüksək qiymət siyasətini “premium xidmət”lə əsaslandırdığını, alternativ daşıyıcılar olan AJet və Pegasus-un da oxşar qiymətlər təklif etdiyini iddia edirlər.
Müzakirələrdə ən çox səsləndirilən suallardan biri isə tələbələrin, müalicə üçün səfər edən şəxslərin və məhdud gəlirli vətəndaşların bu qiymətlərlə necə səyahət edəcəyidir.
Mövzu sosial şəbəkələrdə müzakirə olunmağa davam edir.

Elmar











