Göygöl rayonunda 2 nəfər göldə boğularaq ölüb.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, 2 nəfərin göldə çimən zaman batdığı bildirilir.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.
Xilasedicilər tərəfindən hər iki şəxsin meyiti tapılaraq sudan çıxarılıb.









