
Sumqayıtda iki azyaşlı qardaş itkin düşüb.
Bu barədə onların yaxınları sosial şəbəkədə paylaşım edib. Bildirilir ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində tüfeyli geyimində olan şəxs və ya şəxslər fotoda gördüyünüz bu iki qardaşı götürüb aparıblar.
Gununsesi.info-nun xəbərinə görə, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Trend-in sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar həqiqəti əksd etdirmir: “Sumqayıt şəhərində belə bir hadisə olmayıb. Məlumat həqiqətə uyğun deyil, əsassızdır. idaillar yoxlanılıb təsdiqini tapmayıb”.
Gununsesi.info