Suqovuşana icazəsiz keçmək istəyən şəxs saxlanıldı

  • By admin
  • 27 Oktyabr 2022 21:09

Suqovuşan qəsəbəsi ərazisindəki nəzarət postunda rayon sakini F.Daşdəmirov müvafiq icazəsi olmadan qəsəbə ərazisinə daxil olmağa cəhd göstərdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Bərdə regional qrupunun Mətbuat Xidmətindən verilən məlumata görə, o, Tərtər Rayon Polis Şöbəsinə gətirilib və mülki qaydada axtarışda olduğu da müəyyən edilib.

F.Daşdəmirov barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə cərimə olunub.

Gununsesi.info