Şuşada 7 yaşayış massivi TİKİLİR

  • By admin
  • 23 Aprel 2022 13:24

“Şuşada 7 yaşayış massivi, məscid və digər obyektlərin tikintisi davam edir”.

Gununsesi.info xəbər verir ki, bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Şuşada yeni otellərin də tikintisi nəzərdə tutulur: “Gələcəkdə Şuşada istənilən böyükmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi mümkün olacaq”.

Gununsesi.info