Tərtərdə dərəyə yuvarlanan tələbə həlak olub

  • By admin
  • 22 Mart 2023 21:20

Tərtərdə Sumqayıt Dövlət Universitetinin tələbəsi dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, universitetin Fizika fakültəsinin I kurs tələbəsi Şirinzadə Allahverdi dünən Tərtərdə ehtiyatsızlıqdan dərəyə yuvarlanıb və başından ağır zərbə alaraq dünyasını dəyişib.

Gununsesi.info