Təyyarədə özünə qəsd etdi…

  • By admin
  • 20 İyul 2022 12:12

Meksika Federal Mülki Aviasiya Agentliyi (AFAC) bu barədə açıqlama verib. Hadisə dünən baş verib.

Gununsesi.info xəbər verir ki, Tijuana- Monterrey reysini yerinə yetirən təyyarədə 40 yaşlı kişi sərnişin təyyarənin tualetinə girdikdən sonra əsəb böhranı keçirib və özünə xəsarət yetirib.

Hadisədən xəbər tutan pilot yaralı sərnişinə tibbi yardım göstərilməsi üçün Hermosillo Beynəlxalq Hava Limanına təcili eniş etmək qərarına gəlib. Sərnişinə ilkin tibbi müdaxilə təyyarədə edilib. daha sonra xəstəxanaya təxliyə olunub.

Digər sərnişinlər başqa təyyarə ilə səyahətə davam ediblər.

Hadisənin şahidləri bildiriblər ki, əsəb böhranı keçirən sərnişin mobil telefonunu sındırıb və özünə kəsici-deşici parçalarla xəsarət yetirib.

Gununsesi.info