Tahir Kərimli parlamentdə “qara camaat”dan danışdı

Milli Məclisin deputatı Tahir Kərimli parlamentin plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı ölkənin kasıb təbəqəsinin durumundan danışıb.

Gununsesi.info bildirir ki, deputat çıxışında ölkədə bahalaşmadan şikayətlənib.

“Biz sevinirik ki, pensiyalara qənaət etmişik. 2009-cu ilə nisbətən pensiya alanların sayı 160 min nəfər azalıb. Belə çıxır ki, gücümüz ancaq pensiya alanlara çatır. Sonra da deyirik ki, gəlirlərimiz artıb. Xalqa hər şeyi Avropa qiymətləri ilə satırıq. Bəs pensiyanı həmin standartlarla veririk? Nə vaxta kimi insanlara “qara camaat” kimi yanaşacağıq?! Heç kim inciməsin, mən də “qara camaat”ın burdakı nümayəndəsiyəm. Biz hər şeyin yaxşı olduğunu deyirik, amma elə deyil axı?! Bir milyon yaşayır deyə, 9 milyon yaşayır demək deyil. Hökumətdən çox xahiş edirəm ki, qazandığımız vəsaitin yarı hissəsini “qara camaat”a da verin”.

Milli Məclisin sədri Sahibə Qafarova deputata cavabında bildirib ki, başda Prezident olmaqla heç kim əhaliyə qara camaat kimi baxmır.

Şəbnəm

GUNUNSESİ.İNFO