TƏCİLİ: Hacıqabul-Bakı yolunda nəqliyyatın hərəkəti iflic olub

  • By admin
  • 12 Oktyabr 2025 20:37

Hazırda Hacıqabul rayonunda  Bakıya və əks istiqamətdə magistral yolun bağlanması səbəbindən nəqliyyatın hərəkəti tam dayandırılıb.

 

Gununsesi.info-nun xəbərinə  görə, buna səbəb isə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yolda təmir işləri aparmasıdır.

Ancaq qurumun qeyri-peşəkarlığı nəticəsində nəqliyyatın hərəkəti tənzimlənməyib.

Belə ki, yol təmiri üçün müvəqqəti yol hərəkətini tənzimləyən nişanların  olmaması yolda bu vəziyyəti yaradıb.

Hal-hazırda ölkə və beynəlxalq əhəmiyyətli yolda hərəkət tamamilə iflic olub.

DİN-nin 102 xidmətinə çıxan sürücülər əraziyə Yol Patrul Xidmətinin cəlb olunmasını tələb edir.

Elmar 

Gununsesi.info