Tokayev MSK sədri postuna öz adamını gətirdi - FOTO

  • By admin
  • 25 Yanvar 2022 11:41

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Berik İmaşevi Mərkəzi Seçki Komissiyasının (MSK) sədri vəzifəsindən azad edib.

Gununsesi.info Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.
Berik İmaşev 2016-cı ilin sentyabrından MSK-nın rəhbəri vəzifəsində çalışırdı.
Prezident Kasım-Jomart Tokayevin digər sərəncamı ilə Nurlan Abdirov Mərkəzi Seçki Komissiyasının yeni rəhbəri təyin olunub.

MSK-nın yeni sədri Nurlan Abdirov SSRİ Daxili İşlər Nazirliyinin Karaqanda Ali Məktəbini bitirib. Hüquq elmləri doktoru, professordur.

Uzun müddət DİN, Ədliyyə Nazirliyi, Təhlükəsizlik Şurası Katibliyində müxtəlif vəzifələrdə işləyib, 2009-cu ildən bəri parlamentin deputatıdır.

Nurlan Abdirov 2021-ci ildə Qazaxıstan parlamentində Senatının sədr müavini seçilib, Prezident yanında Əfv Məsələləri Komissiyasının sədri olub.

Gununsesi.info