Tramp koqnitiv test nəticələrini açıqladı

  • Müəllif: Firuzə
  • 11 İyul 2026 23:39

ABŞ prezidenti Donald Tramp Uolter Rid Milli Hərbi Tibb Mərkəzində tibbi müayinədən keçdiyini və koqnitiv testdə bütün suallara “düzgün cavab verdiyini” bildirib.

Gununsesi.info  xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

O, müayinənin nə vaxt keçirildiyini dəqiqləşdirməyib.

80 yaşlı Tramp əlavə edib ki, üç dəfə test verib və bütün sualları düzgün cavablandırıb və özünü “üç dəfə test verən yeganə prezident” kimi təsvir edib.

Gununsesi.info