“Trampı onu göyə qaldıran şəhər məğlub edə bilər” - Yeni mer meydan oxudu

  • Müəllif: Ayshan
  • 05 Noyabr 2025 23:11

Demokratlar Partiyasının nümayəndəsi, Nyu-York şəhərinin yeni meri  Zohran Mamdani ABŞ prezidenti Donald Trampa müraciət edib.

Gununsesi.info  xəbər verir ki,  Mamdani qələbə nitqində prezident Trampa meydan oxuyub.

“Tramp, bilirəm ki baxırsan. Sənə 4 kəlmə sözüm var. Ekranın səsini yuxarı qaldır. Çünki xalqa xəyanət etmiş Donald Trampı yalnız onu göyə qaldıran şəhər məğlub edə bilərdi. Əgər bir despodu qorxutmağın yolu varsa, bu da onun hakimiyyəti ələ keçirməsinə imkan verən şərtləri alt-üst etməkdir. Bu yolla biz təkcə trampın deyil, həm də növbəti gələnin qarşısını alırıq”,- deyə o çıxışında qeyd edib.

Ayşən

Gununsesi.info